Azərbaycana casusluq etdiyi iddia edilən ermənilərin məhkəməsi oldubackend

Azərbaycana casusluq etdiyi iddia edilən ermənilərin məhkəməsi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın xeyrinə casusluqda ittiham edilən ermənilərin növbəti məhkəməsi baş tutub.
Casusluq etməkdə günahlandırılan Karine Qumaşyanın məhkəməsi şahidlərin olmaması səbəbi ilə təxirə salınıb. Hakim Arşak Vardanyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında prokurorun vəsatəti təmin edilərək növbəti iclasda şahid qismində müttəhim Karine Qumaşyanın oğlu David Karapetyanın, habelə digər oğlu – hərbi xidmətdə olan Tiqran Karapetyanın iştirakının təmin edilməsi tələb edilib.

Növbəti məhkəmə iclası martın 2-nə təyin olunub.

İttihama görə, istintaqda əsas fiqur hesab edilən Rafiq Papoyanı bu işə Türkiyədə Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndəsi olan və özünü Seyran kimi təqdim edən şəxs cəlb edib. Ona Dağlıq Qarabağda yerləşən hərbi hissələrdən birinə müqavilə əsasında işə düzəlmək tapşırığı verilib. Əldə edilən informasiya isə internetlə ötürülməli idi. Karine Qumaşyan da 2013-cü ildə Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən ələ alınıb.

Diana Qoroyan xalası qızı Karine Qumaşyanın Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndəsi kimi təqdim edilən Arman ilə tanışlığından xəbərdar olmaqda, məsələnin dövlətə xəyanətlə əlaqəli olduğunu bildiyi halda bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməməkdə ittiham edilir.

18 yaşlı qızın vəkili Liana Qasparyan bütün ittihamları rədd edib.

İnterpress.az