Şəhid olan hərbi qulluqçu dəfn olundubackend

Şəhid olan hərbi qulluqçu dəfn olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 10-da düşmən təxribatı nəticəsində şəhid olan 1990-cı il təvəllüdlü Quliyev Rahib Nəriman oğlu doğulduğu Tovuz rayonu Bozalqanlı kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində deputat Qənirə Paşayeva, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparat işçiləri, müxtəlif idarə və müəssisələrin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və əsgər yoldaşları iştirak ediblər. Çıxış edənlər R. Quliyev barədə danışaraq onun mərd, cəsur bir əsgər olduğunu, verilən tapşırıqları layiqincə yerinə yetirdiyini bildiriblər. Qeyd edilib ki, Rahib hər zaman vətən yolunda canından keçməyə hazır olub.

Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb. ( apa )

İnterpress.az