Vətəndaşlar yaxınlarının tapılması üçün heç bir axtarış aparılmamasından şikayətçidir.
Dediklərinə görə, dəfələrlə SOCAR rəhbərliyinə, o sıradan SOCAR prezidenti Rövnəq Abdullayevə müraciət etsələr də onları qəbul edən olmayıb:”Heç kim bizim suallarımıza cavab vermir. Axtarış aprılırmı, aparılmırmı, bilən yoxdur. Hökumət işini kompensasiya ödənməsi ilə bitmiş hesab edir. Ümidimiz ölkə başçısınadır. Onunla görüşüb məsələni ona çatdırmaq istəyirik”.
2015-ci il dekabrın 4-də baş verən faciədə 30 nəfər itkin düşmüş, 33 nəfəri isə xilas etmək mümkün olmuşdu. Sonradan itkin düşənlərin 12-si Xəzərin müxtəlif sektorlarında tapıldı. 18 nəfərdən isə hələ xəbər yoxdur.(korrespondent)
İnterpress.az