Cəbrayılın icra başçısından amansız addım-VİDEObackend

Cəbrayılın icra başçısından amansız addım-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisində işləmiş yüzdən çox işçi əmək haqqını ala bilmir. İşçilər 4 ildir ki, maaşlarını tələb etsələr də, onların tələbi yerinə yetirilmir.
Bu barədə \”Bizim Yol\”un əməkdaşına ünvanlanan müraciətdə bildirilir. Şikayətçi adının gizli qalması istəyini qarşılaşa biləcəyi təhlükə ilə əlaqələndirdi.
\”Ötən gün Biləsuvarda məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə işsizlərə iş vermək adı ilə əhali ilə görüş keçirildi. Görüşdə iştirak edənlərin bir hissəsi icra hakimiyyətinin binasının tikintisində işlədiklərini, amma hələ də əmək haqlarını ala bilmədiklərini Cəbrayılın icra başçısı Mahmud Quliyevə bildirdilər. O da şikayətçilərə ənənəvi formada, yəni arzuolunmaz şəkildə cavab verdi və onları qovdu. Ona etiraz edənlərdən olan Taleh Əliyevi axşam saatlarında evindən icra hakimiyyətinə aparıblar. Hazırda onun səhhətində problem var. Ağır vəziyyətdədir\”,-deyə şikayətçi bildirdi.

Onun sözlərinə görə, icra hakimiyyətinin binasının tikintisində işləyənlərin maaşı 500-1500 manat arasında dəyişib.
Qeyd edək ki, Cəbrayılın icra başçısının bir ay əvvəl rayon sakinlərini təhqir etdiyi əks edilən videogörüntülər mətbuatda geniş yayılmışdı.

İnterpress.az