SOKAR vitse-prezidentinin Pirallahıdakı Allahlıq sevdası…backend

SOKAR vitse-prezidentinin Pirallahıdakı Allahlıq sevdası…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, Azərbaycanımızda turizmin inkişafı məqsədilə qanuni torpaq sahələrini abadlaşdıran sahibkarlar qeyri-qanuni təzyiqlərə məruz qalıb.
Artıq ənənəvi olaraq Dünyaxeber.info saytında “Əjdəkan LTD” MMC və “A.S.V-L” MMC-yə ayrılan10 ha+23.16 ha, sahibkar Əliyev Vaqif Musa oğluna məxsus 12.26 ha, sahibkar Əminov Süleyman Zeynəddin oğluna ayrılan 4 ha qanuni torpaq sahəsindəki tikililərin qeyri-qanuni sökülməsi və yaşıllığın qəsdən məhv edilməsi ilə bağlı məqalələr oxuculara təqdim olunur.Tərəflərin hüquqi nümayəndəsi qismində özünü təqdim edən icraçı direktor Rüfət Vəliyevin və digərlərinin redaksiyaya təqdim etdiyi materiallarla bağlı araşdırmalarımızı davam etdirdik. Məsələyə neft şirkətinin iddialı olduğu bildirilsə də ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılovla əlaqə yaratmaq mümkün olmadı.

SOKAR vitse-prezidentinin Pirallahıdakı Allahlıq sevdası...

Apardığımız araşdırmalar zamanı şirkətə yaxın mənbələrin virtualaz.org saytına istinadən məlumatlar da göstərir ki, Mikayıl İsmayılov ARDNŞ-nin çətiri altında özünə böyük bir biznes imperiyası qurub.
Belə ki, ARDNŞ-in avtomobil parkının balansında 1000-dən çox avtomobil var. Şirkətin hətta orta ranqdan olan hər bir rəhbər işçisi “Cadillac” və “Chevrolet” markalı bahalı xidməti maşınla təmin olunub. Bu “icad” da təsadüfi deyil. Bu bahalı maşınları Azərbaycana yalnız bir nəfər gətirib satır – Mikayıl İsmayılov… Bəli, məhz ARDNŞ-in həmin vitse-prezidenti… “Cadillac Bakı Mərkəzi” və “Chevrolet Azerbaijan” diler firmalarının sahibidir.