“Şərurlu İsfəndiyar”ın Eldar Mahmudovla DƏHŞƏTLİ cinayət faktlarıbackend

“Şərurlu İsfəndiyar”ın Eldar Mahmudovla DƏHŞƏTLİ cinayət faktları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Bildirilib ki, zərərçəkənlər 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.
Sonradan mənzillərin təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıldığı məlum olub. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

“VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimov məsuliyyəti “SAFARI-N” MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDI-E” MMC podraçtı, “SAFARI-N” MMC isə sifarişçidir. Bu şirkətin direktoru isə “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı Isfəndiyar Axundovun qardaşı İmran Axundovdur.

Qoşun Rəhimov ifadə verərək özünü qismən təqsirli bilib. O, bildirib ki, “VEDI-E” MMC-ni təsis edib. Onun sözlərinə görə, bina tikintisi üçün “SAFARI-N” MMC ilə müqavilə bağlayıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, binanın tikintisi zamanı iştirak edən fəhlələrin pulunu özü ödəyib. Onun sözlərinə görə, vergi işləri və bank əməliyyatları ilə “SAFARI-N” MMC məxsus olub. O, qeyd edib ki, həmin MMC-nin icraçı direktoru Elnur adlı şəxs olub: “MMC-nin sahibi isə İmran Axundov idi. Hər ay hesabatı həmin MMC-nin mühasibatlığına vermişəm. Tikinti işləri isə 2 il müddətində aparılıb. Bu illər ərzində 24 dəfə MMC hesabat vermişəm. Burada mənzillərin satışından əldə olunan pullar və digər sənədlər olub. Tikinti aparılan binanın ərazisində olan torpaq sahəsi “SAFARI-N” MMC məxsus olub”.

O, qeyd edib ki, tikintiyə ümumilikdə 1 milyon 300 min manat vəsait xərclənib: “Bu məbləğdən İmran Axundovun xəbəri olub. 2009-cu ildə tikinti yarımçıq saxlanılıb. Bundan sonra evlərin alıcılara paylanmasında gecikmələr oldu. Buna görə də alıcılar prokurorluğa şikayət etməyə başladılar. Şikayətlərin qarşısını almaq üçün həmin ərazidə tikinti aparmaq istədim, lakin buna “SAFARI-N” MMC-nin rəhbər şəxsləri imkan vermədi”.
Məhkəmə prosesi növbəti həftə davam edəcək./qafqazinfo.az

Xatırladaq ki, bundan öncə də saytımızda Azərbaycanın tanınmış iş adamı İsfəndiyar Axundov haqqında maraqlı məlumat daxil olmuşdu.

Müraciətdən görünür ki, iş adamı İsfəndiyar Axundov və qardaşı İmran Axundovsahibkarlıq fəaliyyəti ilə məşğul olan Niyaməddin Əsgərova qarşı bir müddətdir ki, zorakılıq tətbiq edirlər. İş o yerə çatıb ki, günorta saatlarında və heç nədən çəkinmədən iş adamının “qoçuları” sahibkarın şəxsi mülkünü demək olar ki, tamamilə yararsız hala salıblar.

Keçmiş MTN şefi Eldar Mahmudovun işdən çıxarılması hələ də ölkənin ən aktual mövzusu olaraq qalır. Bundan öncəki yazıda qeyd etdiyimiz kimi, Mahmudovun “vurulması” səbəbsiz deyil. O prezident İlham Əliyevin tapşırıqlarına əməl etmədiyi üçün fəaliyyətinə xitam verilib.

E.Mahmudovun tutduğu vəzifədən uzaqlaşdırılmasının gerçək səbəbi onun və rəhbərlik etdiyi qurumun ölkədə fəaliyyət göstərən iş adamlarına, sahibkarla, iri biznes sahiblərinə qarşı həyata keçirdikləri qanunsuz yoxlamalar və təzyiqlərlə bağlıdır.

Görünür gündəmi zəbt edən və geniş müzakirələrə yol açan bu hadsə bir çoxları üçün o qədər də önəmli deyil. Bu yazı bir daha onu sübüt edir ki, ölkədə sahibkarlara təzyiq göstərən, onları “tavana” otuzdurmaq, mülklərinə əl qoymaq istəyən oliqarxların sayı hələ kifayət qədərdir. Redaksiyamıza müraciət edən şikayətçinin dediklərini olduğu kimi təqdim edirik.
“Mən Əsgərov Niyaməddin Qaraş oğlu 10.06.2010-cu ildə “Mur – Ay” MMC – yə məxsus Yasamal ray., Xiyabani 18 ünvanında inşa edilmiş 14 mərtəbəli 1 bloklu binanı birinci mərtəbəsində 300 kv.m. qeyri – yaşayış sahəsini almışam.
2011-ci ildə binanı inşa edən şirkətin rəhbəri Elxan Hüseynov və digər şəxslər dələduzluqda ittiham olunmuşlar. Mən də öz növbəmdə zərərçəkmiş qismində DİN daxilində yaradılan komissiyaya müraciət etdim. DİN-də 1 ilə yaxın aparılan araşdırmalarla bir vaxtda, mən Yasamal rayon Məhkəməsinə mülkiyyət hüququmun tanınması məqsədi ilə müraciət etdim. 2013-cü ilin 25 dekabr tarixində məhkəmə mənim mülkiyyət hüququmu təstiqlədi. 2014-cü il 9 oktyabr tarixində Yasamal rayon Məhkəmə icraçıları yeri mənə təhfil verdilər və akt imzaladılar. 2015-ci ilin yanvar ayına qədər mənim mülkiyyətimdə olan 300kv.m. yerin 150kv.m-i istifadəyə verildi, digər 150kv.m. yeri isə təmir işləri aparıldı. Lakin tanınmış iş adamı İsfəndiyar Axundovun qardaşı İmran Axundov tərəfindən mülkiyyətimə müdaxilə olundu. Səbəb kimi isə, 2012-ci ildə yuxarıda qeyd etdiyimiz məlum səbəblərdən sonra “Nur – Ay” MMC edilərək “Şərur” MTK-nın tərkibinə keçməsini göstərdilər. Bu qanunsuz iddia idi.
Onlar 2015-ci ilin may ayında mənim mülkiyyətimdə olan, şəxsi vəsaitim hesabına tikdiyim qapı-pəncərə və divarları, heç bir səbəb olmadan günorta saatlarında dağıtdılar. Mən də öz növbəmdə 102 xidmətinə zəng etdim, Yasamal Polis idarəsinin 29-cu polis bölməsinə müraciət etdim. Bu hərəkətlərin qəsdən, qarşı tərəfin əmlakına zərər vurma və xuliqanlıq əməllərinin olduğunu dedim. Onlarda müraciətimə əsasən hadisə yerinə gəldilər və qeyd olunan bu qanunsuz hərəkətlərin cinayət tərkibli olduğunu maddi sübutlarla qeydə aldılar.5 aydan artıq vaxt keçməsinə baxmayaraq hansısa mənə məlum olmayan səbəbdən Yasamal rayon Polis idarəsi heç bir faktiki tədbir görməyib. Buna baxmayaraq qanunsuz əməllərindən əl çəkməyən Axundov qardaşları 2013-cü ildə mənim xeyrimə çıxan qətnamədən 2015-ci ilin avqust ayında Appelyasiya Məhkəməsinə şikayət verdilər. 14 sentyabr 2015-ci ildə Appelyasiya Məhkəməsi 2013-cü ildəki qərarı öz qüvvəsində saxladı. Buna baxmayaraq probləmlər və müdaxilələr davam etməkdədir. Bütün maddi sübutları foto formatında təqdim edirəm.”7news.az/

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq