122 məmur işdən çıxarılıbbackend

122 məmur işdən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov öz məqaləsində deyib.

O qeyd edib ki, nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində Daxili İşlər, Vergilər, Təhsil, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Dövlət Neft Şirkətində, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də, İmişli RİH-də və başqa təşkilatlarda 52 nəfər barəsində inzibati və ya intizam tənbehi tədbirləri görülüb. O cümlədən 22 nəfər vəzifəli şəxs vətəndaşlarla münasibətdə etik davranış qaydalarını pozduqlarına, süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə görə vəzifəsindən kənarlaşdırılıb.

Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş kollegiya iclaslarında və müşavirələrdə 522 dəfə müzakirəyə çıxarılıb. Yol verilən nöqsanlara görə 948 nəfərə intizam tənbehi tətbiq olunub, o cümlədən 827 nəfərə töhmət verilib, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərində, Əmlak Məsələləri Dövlət Komitəsində və digər qurumlarda ümumilikdə 100 nəfər işdən azad edilib. Bundan əlavə, 58 nəfərə xəbərdarlıq elan olunub və digər tədbirlər görülüb.

\”Belə intizam tənbehi tədbirləri Lənkəran, Ağdaş, Ağstafa, Beyləqan, Biləsuvar, Goranboy, Kəlbəcər, Kürdəmir, Qazax, Laçın, Lerik, Masallı, Saatlı, Salyan, Samux, Ucar, Zaqatala, Zərdab, digər şəhər və rayon icra hakimiyyətlərində daha çox tətbiq edilib\”.

İnterpress.az