Rusiyada azərbaycanlı rüşvətə görə həbs edildibackend

Rusiyada azərbaycanlı rüşvətə görə həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Tümen vilayətinin prokurorluq orqanlarına istinadən xəbər verir ki, fevralın 3-də Kurqan vilayətində yaşayan 42 yaşlı Eldəniz Əliyevin “Toyota Corolla” markalı avtomobili Yalutorovsk rayonunun ərazisində yol polisi tərəfindən saxlanılıb. Qarşı yola çıxdığı üçün azərbaycanlı sürücüyə 5000 rubl (100 manat – virtualaz.org) cərimə ödəyəcəyi bildirilib. Lakin Eldəniz Əliyev polis avtomobilində əməkdaşa 1000 rubl (20 manat) rüşvət təklif edərək protokol tərtib etməməsini xahiş edib. Bu fakta görə sürücü saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib.

Onu təklif etdiyi rüşvətin 30 misli həcmində (30 min rubl – 600 manat) cərimə və sürücülük hüququndan məhrumetmə cəzası gözləyir. virtualaz.org