Turist gətirənə 6 min dollarbackend

Turist gətirənə 6 min dollar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin Nazirlər Kabinetinin məsələ ilə bağlı qərarı \”Rəsmi Gazete\”də yayımlanıb.

Qərara görə, Antalya Gazipaşa-Alanya, Antalya, Muğla Dalaman, Muğla Milas-Bodrum hava limanlarına tarifli və tarifsiz (çarter), İzmir Adnan Menderes və Kütahya Zafer aeroportlarına isə çarter təyyarə reysləri ilə 1 Aprel-31 May 2016 tarixləri arasında turist gətirən səyahət agentliklərinə, təyyarə reysinə 6.000 Amerika Dolları dəstək təmin olunacaq.

Bir təyyarədə birdən çox agentlik tərəfindən gətirilən turistin olması halında, hər bir agentliyə veriləcək dəstək məbləği, o agentliyinin gətirdiyi sərnişinlərin agentliklər tərəfindən gətirilən ümumi sərnişinlərə nisbəti əsas götürülərək hesablanacaq.

İnterpress.az