Rauf Mirqədirovun apellyasiya şikayətinə fevralın 18-də baxılacaqbackend

Rauf Mirqədirovun apellyasiya şikayətinə fevralın 18-də baxılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalistin vəkili Fuad Ağayev APA-ya açıqlamasında bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun icraatına verilib.

Vəkil qeyd edib ki, məhkəmənin ilkin baxış iclası fevralın 18-i saat 15.00-a təyin edilib.

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.

İnterpress.az