Bakı-Tbilisi-Qars dəmir yolu bahalaşa bilərbackend

Bakı-Tbilisi-Qars dəmir yolu bahalaşa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Tiflisdə keçirilən Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclasından sonrakı mətbuat konfransında nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazir bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi olduqca mürəkkəb prosesdir və bu mürəkkəblik qiymətlərə də təsir edə bilər. Xatırladaq ki, hazırda Bakı-Tiflis-Qars layihəsinin ümumi dəyəri 775 mln. dollar təşkil edir.

Ziya Məmmədov deyib ki, layihə üzrə işlərin bir qədər gecikməsi dəmir yolu xəttinin keçdiyi ərazilərin mürəkkəb relyefi və dünyada baş verən maliyyə problemləri ilə əlaqədardır. Əvvəllər layihə üzrə Gürcüstanda işlərin başa çatdırılması üçün 200 milyon ABŞ dolları nəzərdə tutulurdusa da, sonradan bu rəqəm 575 milyon dollara qaldırılıb.

\”Mütəxəssislərin araşdırmalarına görə, görülən işlərin maya dəyəri artacaq. Qlobal iqtisadiyyatda baş verən proseslər səbəbindən layihənin reallaşmasında istifadə olunan materiallar bahalaşır. İstənilən şəkildə qiymət artımı araşdırılacaq və nəticələr hökumətə təqdim olunacaq\”, – deyə Z. Məmmədov bildirib.

Amma nazirin sözlərinə görə, bütün bunlara baxmayaraq Bakı-Tiflis-Qars layihəsi 2017-ci ilin əvvəlində tam istismara veriləcək.

Türkiyənin nəqliyyat, dəniz işləri və kommunikasiya naziri Binəli Yıldırım da bildirib ki, dünyada baş verən proseslər bu və digər layihələrin reallaşmasına ciddi maneə törədir.

İnterpress.az