Sahibkarlar vergidə üzləşdikləri qanunsuzluqlardan prezidentə yazdılarbackend

Sahibkarlar vergidə üzləşdikləri qanunsuzluqlardan prezidentə yazdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində fəaliyyət göstərən sahibkarlar Fəxrəddin Elxan oğlu Həsənli və Elxan Oruc oğlu Məmmədov prezidentə müraciətlərini surətini göndəriblər. Sahibkarlar yazır ki, Vergilər Nazirliyi prezident fərmanını, üstəlik, nazirliyin 12 oktyabr 2015-ci il tarixli kollegiya qərarını tanımır.
“Prezidentimiz qeyri-neft sektorunun inkişafını təmin etmək, sahibkarları yeni investisya layihələrinə cəlb etmək və həvəsləndirmək məqsədilə sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması barədə fərman imzaladı. Həmin fərmanın 2-ci bəndinə əsasən vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Fərmanın icrası ilə əlaqədar olaraq Vergilər Nazirliyi tərəfindən 12 oktyabr 2015-ci ildə kollegiya iclası keçirildi və sahibkarların durumunu yaxşılaşdıracaq qərar verildi.

Qərarın 7-ci bəndinə əsasən illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və operativ nəzarət tədbirlərinin keçirilməsi dayandırıldı.

Hörmətli prezident!

Biz hər birimizin dövriyyəsi 120 min manat deyil. Hətta ikimizin cəmi dövriyyəsi 50-60 min manatı keçmir. Fəaliyyətə başlamağımız da cəmi 5-6 aydır. Lakin fərman və qərara baxmayaraq Vergilər Nazirliyi bizə qarşı qərəzli mövqe tutaraq Gəncə şəhərində yalnız bizə səyyar vergi yoxlaması təyin etdi. Bu da o deməkdir ki, Vergilər Nazirliyi prezidentin fərmanını və özünün qərarını tanımır. Cənab prezidentin fərmanının 3-cü bəndinə əsasən həmin fərmanın və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Buna baxmayaraq, Gəncə şəhərində bizə qarşı olan bu yoxlamanın keçirilməsinin qərəzli olması qənaətindəyik ki, bu da bərabərlik və ədalət prinsipinin pozulması deməkdir. Halbuki Gəncə şəhərində bizdən başqa olan bütün sahibkarlar tam sərbəst şəkildə qanunun verdiyi imkanlardan yararlanırlar”.

Sahibkarlar prezidentin verdiyi qərardan yararlanmaq üçün sonadək öz haqlarını müdafiə edəcəklərini qeyd ediblər.

İnterpress.az