“İranda son durum və Güney Azərbaycan Milli Hərəkatı”backend

“İranda son durum və Güney Azərbaycan Milli Hərəkatı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İranda son durum və Güney Azərbaycan Milli Hərəkatı” adlı konfrans keçirildi. DAK-ın təşkil etdiyi tədbirdə ölkənin tanınmış siyasi xadimləri, tarixçilər, filoloqlar, partiya sədrləri, politoloqlar və xarici qonaqlar iştirak edib.

İnterpress.az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan DAK sədri, xalq şairi Sabir Rüstəmxanlı Güney Azərbaycanda soydaşlarımızın siyasi təzyiqlərə məruz qaldığını, buna baxmayaraq mübarizələrində qətiyyətli olduqlarını vurğuladı: “Biz bu olayları daim diqqətdə saxlamalıyıq. Bu mübarizədə soydaşlarımızı tək qoymamalıyıq”.

Daha sonra o, digər qonaqlara söz verdi.

Tədbirdə iştirak edən tanınmış tarixçi Dilavər Əzimli, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu, “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və digər çıxış edən qonaqlar Güney Azərbaycanının ölkəmiz üçün əhəmiyyətinin böyük olduğunu bildirdilər.

İnterpress.az