Həftəsonu Bakıda bu yollar bağlı olacaqbackend

Həftəsonu Bakıda bu yollar bağlı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu, \”Bakı Şəhər Halqası\”ından (Baku City Circuit) Axşam.az-a daxil olan məlumatda bildirilib.

Qeyd edək ki, həmin gün həm Neftçilər prospekti, həm də İstiqlaliyyət küçəsi avtomobillərin hərəkətinə açıq olacaq. Niyazi küçəsində tətbiq olunan bu qadağa fevralın 14-də bazar günü səhər saatlarında aradan qaldırılacaq.

Digər tərəfdən, fevralın 14-də səhər saatlarından etibarən İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasında qalan hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Burada qoyulmuş məhdudiyyət fevralın 15-i səhər saatlarınadək davam edəcək.

Xatırladaq ki, yarışdan öncə salınacaq və \”Formula-1\” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar \”Qran-Pri\”dən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

İnterpress.az