Sürücülər cəriməni hissə-hissə ödəsinlər – VİDEObackend

Sürücülər cəriməni hissə-hissə ödəsinlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əslində bu problemlə Elvin Ömərov kimi bir çox sürücü qarşılaşıb.

Məsələn, sürücüyə inzibati xətaya görə 300 manat cərimə yazılırsa, onu mütləq birdəfəyə ödəməlidir. Cəriməsini ödəyə bilmədikdə isə üstünə faiz gəlir və daha sonra isə avtomobilə yol polisi tərəfindən həbs qoyulur.

Problem sürücülərə inzibati xətaya görə yazılmış cərimələrin hissə-hissə ödənilməsi məsələsini gündəmə gətirib.

Millət vəkili Fazil Mustafa cərimənin kredit şəklində ödənilməsini təklif edir.

Millət vəklinin sözlərinə görə, cərimənin ödənilməməsi dövlət orqanını daha çox ziyana salır. Ona görə də cərimənin hissə-hissə qaytarılması həm vətəndaşa, həm də dövlət büdcəsinə xeyirdir.

Fazil Mustafanın təklifi sürücülərin də ürəyincədir. Onlar da hazırkı vəziyyətdə cərimənin kredit şəklində qaytarılmasını müsbət qiymətləndirirlər (xezerxeber.com).

İnterpress.az