Maşın daş hasara çırpıldıbackend

Maşın daş hasara çırpıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, fevralın 14-də baş verən yol qəzasında Şəki şəhər sakini, 1998-ci il təvəllüdlü Eyvaz Vüqar oğlu Musayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 18 yaşlı E. Musayevə qarnının qapalı travması və sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin M. F. Axundov küçəsində qeydə alınıb. E. Musayev atasına məxsus “Mercedes” markalı, 10 CE 192 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı daş hasara çırpıb. Nəticədə E. Musayev xəsarət alıb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

İnterpress.az