Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılır – Yeni qanun layihəsi hazırlanırbackend

Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılır – Yeni qanun layihəsi hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli açıqlama verib. O, qeyd edib ki, yaxın vaxtlarda “Məktəbəqədər təhsil müəssisələri haqqında” qanun layihəsinə baxılacaq. “Bunun üçün işçi qrupu formalaşdırılıb, dünyada mövcud olan təcrübə öyrənilir, mütəxəssislər iş aparır:

“Yaxın günlərdə işçi qrupunun ilk iclası olacaq. Burada məktəbəqədər təhsillə bağlı ən geniş vəzifələr, məqsədlər, məktəbəqədər təhsilin əhatə dairəsi, strategiyası ilə bağlı məsələlər öz əksini tapacaq. Məktəqədər təhsil müəssisələrinin hansı icraedici orqanın tərkibində qalaması ölkə başçısının fərmanı və sərəncamı ilə müəyyən olunur və qanunvericiliyin subyekti deyil. Azərbaycanda məktəbəqədər proses bir müddət əvvəl keçmiş sistemdən yeni sistemə keçidlə əlaqədar durğunluq yaşayırdı. Son vaxtlar aparılan müşahidələr onu göstərir ki, Azərbaycanda məktəbəqədər təhsil şəbəkəsi genişlənir, məzmunca da konkret hədəflər alır. Bu istiqamətdə problemlər də var, amma inkişaf sürəti nəzərə çarpacaq səviyyədə gələcəyə nikbin baxmağa verir”.

Əldə etdiyimiz məlumata görə, yeni qanun layihəsinin müzakirəyə çıxarılması məhz məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə qaytarılması üçündür.(modern.az)

İnterpress.az