Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasının rəisi dəyişdirildibackend

Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasının rəisi dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayor Zaur Məmmədov ötən həftə işdən azad edilib
Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasına yeni rəis təyin edilib.
Fəqan Yaqubov istintaq təcridxanasının rəisi vəzifəsinə təyinat alıb.

F.Yaqubov buna qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyib.

Ötən ilin sonlarında Milli Təhlükəsizlik Nazirliyinin bir sıra yüksək rütbəli şəxsləri həbs edilmiş, daha sonra isə nazirlik ləğv edilərək əvəzində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılmışdı.

Penitensiar Xidmətin rəisi Mədət Quliyev DTX-nın, Orxan Sultanov isə XKX-nin rəisi təyin edilib. (lent.az)