İraq Kürd Muxtar Regionu ötən ay Ceyhan limanına 18 milyon barel neft ixrac edibbackend

İraq Kürd Muxtar Regionu ötən ay Ceyhan limanına 18 milyon barel neft ixrac edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İraq Kürd Muxtar Regionunun Təbii Ehtiyatlar Nazirliyinin rəsmi saytında məlumat verilir. Bildirilir ki, keçən ay muxtar regiondakı quyulardan 14 milyon barrel, Kərkükdəki yataqdan isə 4 milyon barrel xam neft hasil edilib.
Nazirliyin məlumatına görə, muxtar regiondan xam neft boru kəmərləri ilə ixracın həcmi gündəlik 600 min barelə çatıb.

Qeyd edək ki, keçən ilin dekabrında da İraq Kürd Muxtar Regionundan Ceyhan limanına ümumilikdə 18 milyon barel neft ixrac edilmişdi. Bunun 13 milyon barreli muxtar regiondakı quyulardan, 5 milyon barreli isə Kərkükdəki yataqdan hasil olunmuşdu. (azərtac)