Bakıda “XXX” soyadlı keçmiş neftçi öldürüldübackend

Bakıda “XXX” soyadlı keçmiş neftçi öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan paytaxtında qətl törədilib.

İnterpress.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1940-cı il təvəllüdlü Həmid Məmmədrəsuloğlunun üzərində xəsarətləri olan meyiti ona məxsus bağ evində aşkarlanıb.

Lent.az-ın məlumatına görə, 76 yaşlı Həmid Məmmədrəsul oğlu Maştağa qəsəbəsi yaxınlığındakı Albalılıq bağ massivindəki evində öldürülüb.

Bildirilir ki, naməlum şəxs və ya şəxslər 76 yaşlı kişini sifət nahiyəsindən güclü zərbə endirərək öldürüblər.

Bildirilir ki, H.Məmmədrəsul oğlu keçmiş neftçidir və şəhərdə yaşayır. O, arabir bağ evinə gedirmiş və məlum qətl də həmin vaxta təsadüf edib.

Maraqlıdır ki, təqaüdçü olan H.Məmmədrəsul oğlunun şəxsiyyət vəsiqəsində onun soyadı göstərilməyib, əvəzinə isə “XXX” qeyd edilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

İnterpress.az