Səhiyyə Nazirliyindən Bakıda tapılmış embrionla bağlı AÇIQLAMAbackend

Səhiyyə Nazirliyindən Bakıda tapılmış embrionla bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə 1news.az-a hadisənin şahidi olan həkim xəbər verib. Onun dediyinə görə, embrionlar yolun hərəkət hissəsində zibil qutusunun yanında tapılıb. Şahid bildirib ki, onlar abortdan sonrakı rüşeymlərdir. 10-15 santimetrlik rüşeymlər hamiləliyin təxminən 2-3 aylıq olduğunu göstərir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Bizimyol.info-ya verilən məlumata görə, bu gün Bakı küçələrində tapılmış embrionların hər hansı xəstəxana və ya doğum evi ilə əlaqəsi yoxdur: \”Xəstəxanalar indiyə kimi olanları küçəyə atmadı, 2 embriona gücü çatmadı? Xəstəxanaların, doğum evlərinin özlərinin utilizasiya üsulu və krematoriyaları var. Xəstəxana o boyda antisanitariya eləməz və əhalinin də hissləri ilə oynamaz. İkincisi, əgər embrion üçün abort göstərişi verilibsə, o heç yumurtadan böyük olmur. Onu elə böyük formada çıxardıb atmırlar\”.

Qeyd edək ki, qaydalara əsasən, \”B\” sinfinə aid tibbi bioloji tullantılar (abort və düşük nəticələri) xüsusi ərazilərdə dəfn olunmalı və ya xəstəxanalardakı mini-krematorilərdə yandırılma yolu ilə məhv olunmalıdır.

İnterpress.az