Beyləqanda dəhşətli qətl törədilib.
İnterpress.az xəbər verir ki, rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb.
Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z.İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.
Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.
Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.
Faktla bağlı Beyləqan rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
İnterpress.az