Rayon sakinləri – 1996-cı il təvəllüdlü Urfan Rzayev və 1991-ci il təvəllüdlü Ramin Kərimov naməlum etiologiyalı zəhərlənmə əlamətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir. İki gəncin hansı şəraitdə və nədən zəhərləndikləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az