Bakıda bacısını bıcaqlayan şəxs sərbəst buraxılıbbackend

Bakıda bacısını bıcaqlayan şəxs sərbəst buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi Rayon Prokurorluğunda aparılan istintaq zamanı Y.Qurbanova qardaşından şikayətçi olmadığını bildirib. S.Qurbanov barəsində istintaq tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Sərbəst buraxılan S.Qurbanov barəsində istintaq davam etdirilir.

Qeyd edək ki, hadisə fevralın 13-də Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi ev 42 \”B\” ünvanında qeydə alınıb. 1987-ci il təvəllüdlü Qurbanova Yelena Rüstəm qızı qardaşı Qurbanov Sabir Rüstəm oğlu tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan Y.Qurbanovanın həyati təhlükəsi aradan qaldırılıb.

Hadisədən sonra S.Qurbanov Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, istintaqa verdiyi ifadəsi zamanı törətdiyi cinayət əməlini etiraf edib. S.Qurbanov bacısını qısqanclıq zəminində bıçaqladığını bildirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, həyat yoldaşından boşanan Y.Qurbanovanın bir övladı var. S.Qurbanov da ailəlidir.

İnterpress.az