İnterpress.az oxuculara dünyada çox məşhur olan bir məktubu təqdim edir. Məktub abort olunmuş körpənin anasına məktubudur. 4 il öncə abort olunmuş körpənin anasına məktubunu sakitcə oxumaq olmur:
\”Salam, ana, necəsən?
Nə yaxşı ki, yaxşısan, anacan.
Artıq 3-4 gündür ki, sənin bətnindəyəm.
Mən çox sevinirəm ki, sən mənim anam olacaqsan. Əminəm ki, dünyanın ən xoşbəxt uşağı olacağam…
Biz artıq 2 aydır ki, bir yerdəyik. Bilirəm, mən hələ sənin kimi gözəl deyiləm. Amma sən mənə bir az vaxt ver.
Mən xoşbəxtəm, anacan.
Məni narahat edən yeganə bir şey var… Hiss edirəm ki, sən axır vaxtlar çox fikir çəkirsən. Narahat olma, hər şey yaxşı olacaq. Sən sadəcə buna inan. İnamını itirmə. Mən axı səni çox sevirəm, mənim gözəl anam…
Anacan, 2,5 ay keçib. Çox sevinirəm ki artıq mənim də əllərim var. Onlarla oynayacağım günü səbirsizliklə gözləyirəm. Amma ən çox sənə toxunmaq istəyirəm…
Ana,xahiş edirəm, başa sal, nə olub?! Niyə gecələr ağlayırsan?
Niyə atamla tez-tez dalaşırsız? Nə olub axı sizə?..
Bəlkə siz daha məni istəmirsiniz?..
Artıq 3 ay keçdi…Hiss edirəm ki, çox qəmginsən.
Anlamıram, sənə nə oldu axı?..
Bu gün biz həkimdə idik. Mən özümü əla hiss edirəm.
Anacan, bəlkə sən xəstələnmisən? Niyə sabah yenə bura gəlməliyik?..
Artıq günortadı. Mən heç yatmaq istəmirəm.
Əllərimlə oynayıram. Çox xoşuma gəlir.
Biz yenə də həkimdəyik… Anacan, həkim məni çox incidir. Nə olar, ana, qoyma məni incitsinlər.
Niyə bunu edirsiz axı? Mən indi ağlayacam.
Anacan, mənim ayaqlarımı qırırlar! Sən mənim əzablarımı görmürsən???
Ana, mənə kömək elə! Onlara de, dayansınlar. Söz verirəm, özümü yaxşı aparacam… Nə olar, ana!..
Artıq 4 il keçdi…
Anacan, sənin verdiyin qərara görə peşmançılıqlarını göydən görürəm…
Ağlama, ana, xahiş edirəm…Mən cənnətdəyəm. Mənə görə fikir eləmə… Bil ki, səni çox sevirəm.
Səni sevən körpən səni burda gözləyəcək….\”