Dilqəmgili qaytaracağıq!backend

Dilqəmgili qaytaracağıq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni əsirlərlə dəyişdirilə bilməz, çünki onlar Qarabağ ərazisində ağır cinayətlər (?) törədiblər və layiqli cəzalarını alıblar”.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev modern.az saytına deyib ki, bu, terrorçu qrupların yanaşmasıdır:
“Qondarma rejimdə heç bir hüquqi qayda-qanun yoxdur. Ona görə ki, bu gün Azərbaycan torpaqları işğal altındadır. O ki qaldı Dilqəm Əsgərovla Şahbaz Quliyevin vəziyyətinə, onlar öz doğma vətənlərində separatçılar tərəfindən saxlanılıb və qeyri-qanuni olaraq azadlıqdan məhrumdurlar. Bunların hamısı separatçı rejimin digər qanunsuz hərəkətlərindən irəli gələn məsələlərdir”.
R.Rzayev bütün mümkün variantlardan istifadə edərək, hökumətin azərbaycanlıların geri qaytarılmasına nail olacağını bəyan edib:
“Təəssüflər olsun ki, beynəlxalq aləm ikili standartlara bu məsələdə də göz yumur. İkili standartlarla Azərbaycanın işğalına dair hər yerdə rastlaşırıq.
Qeyd etmək istəyirəm ki, Dilqəm və Şahbazın Azərbaycana qaytarılması üçün hökumət çalışır. Mən inanıram ki, onların geri qaytarılmasına nail ola biləcəyik”.
———-
11:06
Dağlıq Qarabağdakı separatçı rejimin “baş prokuroru” Artur Mosiyan Xankəndidə keçirdiyi mətbuat konfransında girovluqda saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama verib.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Mosiyan kəlbəcərli girovların heç bir halda Azərbaycan tərəfi ilə dəyişdirilməyəcəyini deyib.
“Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni əsirlərlə dəyişdirilə bilməzlər, çünki onlar Qarabağ ərazisində ağır cinayətlər (?) törədiblər və layiqli cəzalarını alıblar”.
Artur Mosiyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin “Skayp” vasitəsilə yaxınları ilə danışmaq imkanından söz açarkən, bu məsələ ilə bağlı heç bir beynəlxalq təşkilatın “Dağlıq Qarabağ rəsmləri”nə müraciət etmədiyini də deyib.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sdəri Əli Həsənov Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanda saxlanılan erməni məkhumlarla dəyişdirilə biləcəyini demişdi. O həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə Cenevrədə keçirdiyi görüş zamanı girovların öz yaxınları ilə “Skayp” vasiləsilə danışmasını müzakirə etdyini bildirmişdi.