Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki İmamzadə kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayırmışdı.
Prezidentin regiona səfəri ötən gün başlayıb. İ.Əliyev ilk olaraq Tovuz rayonunda olub. O, bir sıra obyektlərin, o cümlədən Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun, 7 saylı körpələr evi-uşaq bağçasının, Tovuzçay su anbarının açılışlarında iştirak edib, rayon ictimaiyyəti qarşısında çıxış edib.