Azərbaycan Talassemiya Federasiyasının əsas məqsədi talassemiya ilə mübarizədə Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə yaxından əməkdaşlıq etməklə talassemiya ilə mübarizənin, regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək vermək, həmçinin talassemiya xəstəliyinə düçar olmuş uşaqlara və onların ailələrinə bütün mümkün yardımın göstərilməsi və Azərbaycanda qan donorluğu ilə bağlı təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
Fuad Füzuli oğlu Rəsulov 1983-ci il iyun ayının 23-də Tovuz şəhərində anadan olub.
2000-ci ildə Nərmanov rayonunda yerləşən Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev adına liseyi fərqlənməylə bitirib, həmən il Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub.
2005-2006-cı ildə həqiqi hərbi xidmətdə olub.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. İlk iş fəailiyyətinə 2004-cü ildə Azərbaycan Dəmir Yollarının Biləcəri Lokomotiv deposunda cilingər kimi başlayıb. 2005-cı ildən Azərbaycan Dəmir Yollarının Yeni Azərbaycan Partiyası GB-nin sədri seçilib. Bakı-Tibilisi-Qars dəmir yolu layihəsində iş icraçısı kimi fəaliyyət göstərib.
Hal-hazırda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına “Gənc Nəqliyyatçılar” klubunun, Azərbaycanın Milli Qəhrəmanı Yunis Nəcəfov adına “Gənc Dəmiryolçular” klubunun təsisçisi və sədridir. Həmçinin Ramil Səfərov adına \”Cənub\” Kikboksinq klubunun baş katibi, Azərbaycan Taekvondo Federasiyası (ATF) “ƏFA” klubunun, Azerbaijan Kempo Federation \”Togrul\”- sport klubunun, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının , Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) , “İstedadlı Əlillər” İB-nin , “Əlill Sahibakarlar Təşkilatı”nın mətbuat xidməti rəhbəridir.
Region TV efir məkanında ilk olan “Biz Birik” layihəsininin Produsseri və mətbuat xidməti rəhbəri, Yeddi ölkədə davam edən Uluslararası proyektlərdən olan ”İki Dövlət – Bir Millət” projesinin, “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsinin mətbuat xidməti rəhbərdir.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin müşaviri, həmçinin 2008-ci ildən Nəsimi-Səbail rayonu üzrə 10 saylı məntəqə seçki komissiyasının sədri kimi fəaliyyət göstərir.
Azərbaycan Xalça Muzeyinin mətbuat katibi və muzey üzrə YAP təşkilatının sədridir.
Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası\”nın mətbuat xidməti rəhbəri olub.
Ailəlidir, iki övladı var.