İnterpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Almaniya kansleri Angela Merkelin “İran bizimlə dostluq etmək istıyirsə, öncə, İsraili rəsmi olaraq tanımalıdır” şərtinin iki ölkə arasındakı münasibətləri gərginləşdirəcəyini bildirib:
“Almaniyadan başqa çox ölkələr mövcuddur, dünya sizin gördüyünüz kimi deyil, böyükdür. Merkel cinayətkar, günahsız insanların, uşaqların qatili olan sionist rejimini rəsmi olaraq tanımamızı yuxusunda görər. Bu mövqeyi ilə Almaniya özü ziyan görəcək. Merkelin bu sözləri iki ölkənin münasibətlərini gərginləşdirə bilər. Merkel sionist rejiminin Almaniyada olan nümayəndəsidir. Bu qadın bilməlidir ki, İran dövlətinin prinsiplərindən biri məhz cinaytkar rejimlə mübarizədir. İran İslam Respublikası heç vaxt İsraili rəsmi olaraq dövlət kimi tanımayacaq. Biz, Fələstin xalqını dəstəkləməyə davam edəəcyik”.
Qeyd edək ki, Almaniyanın federal kansleri Angela Merkel Berlində İsrail rejiminin baş naziri Benyamin Netanyahu ilə birlikdə qatıldığı konfransda Almaniyanın İranla əlaqələri yaxşılaşdırması üçün – İslam Respublikasının İsraili dövlət kimi tanıması şərtini irəli sürmüşdü.