Ankarada terror törədən Salih Neccar 158 yerə bölünüb-VİDEObackend

Ankarada terror törədən Salih Neccar 158 yerə bölünüb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun kimliyini isə partlayış baş verdiyi yerdən tapdıqları bir parça üz əti, ovucunun içi və bir barmağı ilə aşkarlayıblar.
İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 28 yaşlı suriyalı Salih Neccar RDX tipli partlayıcı qurğudan istifadə edib.
Bu partlayıcı qurğudan əvəllər də, Üçok, Kışlalı və Mumcu sui-qəsdlər ilə Anafartalar bazarında hücumlarında istifadə edilmişdi.
Araşdırmalar nəticəsində bəlli olub ki, 1992 doğumlu Neccar 2014-cü ilin iyun ayında Türkiyəyə rəsmi yollarla girib və Mardində yerləşib.

Ankarada terror törədən Salih Neccar 158 yerə bölünüb-VİDEO
Ankarada terror törədən Salih Neccar 158 yerə bölünüb-VİDEO

İstintaq zamanı Salihin Türkiyədə əlaqəsi olan 14 nəfərin 7 il ərzində müxtəlif əməliyyatlar zamanı nəzarətə alındığı da məlum olub. Lakin ortaya şübhəli məqamlar çıxıb. Axı niyə görə, bu 7 ilin ərzində Türkiyə kəşviyyatı bu partlayıcı ilə bağlı araşdırmaları hər dəfə yarımçıq qoyub. Tam araşdırma aparılmayıb. Bu gün Türkiyədə politoloqları, ziyalıları da narahat edən elə bu yarımçıq qalmış axtarışlardır.
Partlayışın təzyiqindən Mərasim küçəsindəki evlərin içi tamamilə darmadağın olub. Terrorun baş verdiyi ərazidəki mənzillərin sahibləri yaşamaq üçün yararsız olan evlərini tərk ediblər.
Hadisə ilə bağlı verilən xəbərlər insanın qanını dondurur. Belə ki, terror zamanı həlak olan şəxslərin çoxusunun kimliyi bəlli olmadığından onlardan DNT analizi götrülüb. Salih Neccarın içində olduğu bombalı avtomobilin partladığı yerdə iəs 2 mettr dərinliyində quyu əmələ gəlib. Quyunun ətrafında insan bədənin parçalarının kimə məxsus olduğunu bilmək üçün toplayıb Adil Tibb Qurumuna gətiriblər.

İnterpress.azhttps://youtube.com/watch?v=Qs1CEL65l3Y