Azərbaycanda vergi borcu olan türkiyəli iş adamı jurnalist çıxdı– FOTOLAR-VİDEObackend

Azərbaycanda vergi borcu olan türkiyəli iş adamı jurnalist çıxdı– FOTOLAR-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, bu məlumat Beynəlxalq axtarış sistemi İnterpolun saytında verilib.
Xəbərdə deyilir ki, 1974-cü il təvəllüdlü Kaya Heyse vergidən yayınmaqda ittiham olunub. Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Facebook səhifəsində jurnalistlik fəaliyyəti zamanı çəkdirdiyi fotoları yerləşdirən Kaya Heyse açıqlamasında 2010-2014-cü illərdə Azərbaycanda inşaat işləri ilə məşğul olan bir şirkətə rəhbərlik etdiyini etiraf edib. O, deyib ki, 2014-cü ildə şirkətimiz bağlandığına görə Türkiyəyə qayıtdım: \”Azərbaycan dövlətinə hər hansı bir vergi borcum da yox idi. Şirkətdə bu işlərlə məşğul olan azərbaycanlı əməkdaşımız vardı. Onunla məsələni aydınlaşdırmağa çalışacağam\”.

Kaya Heyse həmçinin qeyd edib ki, hazırda Türkiyədə sərbəst jurnalistika ilə məşğuldur: “Mən sərbəst jurnalistəm, hazırda bu işlə məşğulam. Türkiyədə və Türkiyədən kənarda reportajlar hazırlayıram”. (apa.az)