Rusiya ən müasir kəşfiyyat təyyarəsini Suriyaya yerləşdirdibackend

Rusiya ən müasir kəşfiyyat təyyarəsini Suriyaya yerləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu kəşfiyyat təyyarəsinin üstün cəhətləri.

Tu 214P 2000-ci illərin sonunda istehsal olunub və bu model İl-20 təyyarsənin daha modern formasıdır. Hansı ki, bu təyyarə radiotexniki vasitələrlə yanaşı optik-elektron kəşfiyyat avadanlığı ilə də təmin olunub. Təyyarə bortunda radiolokasiya stansiyası ilə birgə MPK-411 tipli çoxtezlikli radiotexniki kompleks quraşdırırlıb. Bu da bütün ətrafı 360 dərəcədə izləmək imkanına malikdir. Təyyarədə quraşdırılan elektron-optik sistemində isə yüksək səviyyələi “Fraksiya” ya qoşulub.

Bütün bu texniki göstəricilər kəşfiyyat təyyarəsinə yüksəklikdən istənilən ərazinin diapazonunu və sahəsinin dəqqiliklə şəklini çəkməyə imkan verir. Eyni zamanda ərazinin fotosunu və videogörüntüsünü də çox dəqiqliklə və keyfiyyətlə çəkib, operatorların ekranına yerləşdirə bilir.
Bundan əlavə təyyarədə eyni zamanda xüsisi aparat quraşdırılıb ki, bu da nəinki radiokəşfiyyatı, geniş spektrli radioötürücünü məhv etməyə, o cümlədən mobil telefonlardan gələn radiosiqnalları, təyyarələrin, yerüstü RLS və REB sisteminin siqnallarını tutmaq imkanına malikdir.

Bu müasir tipli kəşfiyyat təyyarəsinin Suriyaya yerləşdirilməsində məqsəd nədir?

Ruslar bu təyyarə vasitəsi ilə əks tərəfin bütün nəinki döyüş qabliyyəti səviyyəsini, gücünü, texikanın sayını öyrənə biləcək, həmçinin onların nə zaman yerdəyişməsini öyrənəcək və büütün kommunikasiya sistemini aşkarlayacaq.

Hərbi ekspert Dmitriy Litovkina hesab edir ki, bu təyyarə təkcə döyüş zamanı deyl, eyni zamanda Suriyada atəşkəs elan olunduqdan sonra terrorist təşkilatların dislokasiya yerlərini müəyyənləşdirilməsində, onların fəaliyyətini izləməyə, onlara gələcək hərbi texnika və silah-sursat haqqında dəqqi informasiya almaq üçün istifadə olunacaq.
Digər tərəfdən Rusiya Silahlı Qüvvələrinə daxil edilən bu təyyarənin fəaliyyətini praktik olaraq burada yoxlayacaqlar.
Çünki bölgədə Amerika, İsrail və Türkiyənin də özünəməxsusu kəşfiyyat aparatları yerləşdirilib. Rusiya bu yolla kəşfiyyat təyyarəsinin effektivliyni yoxlayacaq ki, bu təyyarə rəqiblərinin bölgədə yerləşdirdiyi analoji qurğulardan nə dərəcə də səmərəli fəaliyyət göstərir.

Cəbhənin görünməyən döyüşçüləri…

Hələ 2015-ci ilin sonunda mətbuatda belə bir məlumat yayıldı ki, Türkiyə Suriya ilə sərhəddinə “Koral” REB sistemini yerləşdirib. Bu sistem Rusiyanın Suriyanın Lakatiya hərbi aerodromunu müdafiəsini təmin edən S-400 “Triumf” raket sistemini effektsiz edir.
Hətta Rusiyaya məxsus REB- “KRET” sistemlərini hazırlayan şirkətin nümayənədsi Vladimir Mixeev deyib ki, Türkiyənin REB sistemi heç də Rusiyanın S-400 raket sistemi ilə müqayisədə pis deyil.

Bu gün isə Suriya səması bütün maraqlı tərəflər üçün ən önəmli məsələ hesab olunduğundan, hamı öz gücünü burada nümayiş etdirmək istəyir. Suriya həm də güclərin nümayiş məkanıdır… Moderator.az