İsveçrə bankına 2 milyard dollar qoyub 100 milyon ziyana düşən oliqarxlar kimdir…backend

İsveçrə bankına 2 milyard dollar qoyub 100 milyon ziyana düşən oliqarxlar kimdir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə KİV-lərinnin verdiyi xəbərə görə, həmin menecer yanvarın 19-da Cenervrədə həbs olunub və dələduzluqda ittiham edilir. Lakin nə bank, nə hüquq-mühafizə orqanları onun adını açıqlamır.

Məlumata görə menecer öz səlahiyyətlərini aşıb. O, müştərilərin pullarınından qeyri-adekvat həcmlərdə məbləği onların özlərinə xəbər vermədən Amerikanın “Raptor” əczaçılıq şikətinin səhmlərinə yatırıb. Menecer ümid edirdi ki, firma yeni tibbi pereparata lisenziya alacaq və nəticədə onun səhmləri bahalaşacaq. Lakin bu baş verməyib və şirkətin səhmləri 40 faiz ucuzlaşıb. Nəticədə keçmiş sovet respublikalarından olan bir neçə oliqarx iri məbləğdə ziyana düşüb.

Bunlardan biri Gürcüstanın keçmiş baş naziri, oliqarx Bdzina İvanişvilidir. İvanişvili artıq menecerin onu ziyana salmasına görə bankı məhkəməyə verib. Rusiyadan olan daha iki oliqarxın da yaxın vaxtlarda məhkəməyə müraciət edəcəkləri gözlənilir. Onların kimliyi açıqlanmır. virtualaz.org