Erməni pulemyotçu öz komandirini güllələdibackend

Erməni pulemyotçu öz komandirini güllələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha sonra əsgər intihar edib.

Bu gün Dağlıq Qarabağda ölən iki erməni hərbiçisinin ölümünün təfərrüatı bəlli olub. Ermənistanın istintaq komitəsi pulemyotçu Temur Sloyan qulluq etdiyi bölmənin komandiri kiçik serjant Kamo Ovanisyanı pulemyotu ilə güllələdikdən sonra özünün intihar etdiyini bildirib.

Bundan əvvəl xəbər yayılmışdı ki, bu gün səhər saatlarında odlu silahdan açılan atəş nəticəsində iki əsgər ölüb.

Dünən də Qarabağda erməni əsgəri öldürülüb. Erməni hərbi qulluqçusu işğal edilmiş Dağlıq Qarabağda hərbi hissələrdən birində öldürülüb. Erməni KİV-i öldürülən hərbi qulluqçunun 1997-ci il təvəllüdlü David Terteryan olduğunu bildirib. Ermənistan tərəfi əsgərin hansı şəraitdə öldürülməsi haqqında informasiya vermir. ( anspress.com )

İnterpress.az