“Ankara Xocalı Soyqırımı üçün ayaqdadır”backend

“Ankara Xocalı Soyqırımı üçün ayaqdadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə açıqlama verən “QASİM” başqanı Anar Əsədli bildirib ki, “23 fevral Ankaranın “Meyra Palace” otelində keçiriləcək tədbirlə bağlı işləri tamamlanıb və biz Panelə hazırıq. Bu günlər ərzində Türkiyənin əksər ictimai-siyasi təşkilatları, partiyaları, univerisitetləri, nüfuzlu dərnəkləri, ocaqları ilə görüşlər keçirilib. Türkiyə Böyük Millət Məclisinin çoxsaylı üzvlərindən ilə tədbirdə iştiraklarıyla bağlı razılıq alınıb. Qazi, Ankara və Xoca Əhməd Yasəvi Universitetlərinin müəllim və tələbə heyətləri ilə görüşülüb. Milli Düşüncə Mərkəzinin başqanı, sabiq nazir Sadi Somurcuoğlu, Türk Ocakları Eğitim ve Kültür Vakfı Mütevelli Heyəti Başkanı Prof. Dr. Orhan Kavuncu, Türkiyə Ülkü Ocaqları başqanı Olcay Kılavuz, Marmara Qrupu Stratejik və Sosial Araşdırmalar Vəqfi başqanı, eski millet vekili Şamil Ayrım, Ankara Pursaklar Bələdiyyə başqanı Selcuk Çetin, TRT Eğitim Dairesi başkanı Adnan Arıkanlı, TRT Avaz müdiri Vedat Akcan, TÜRKSOY-un İdari İşlər Dairə başqanı Sancar Mülazimoğlu, TÜRKSOY Azərbaycan Ölkə təmsilçisi Elçin Qafarlı, TVNET Ankara Temsilçisi Ahmet Rifat İlgaz, Ülke Tv Ankara Temsilçisi Halis Gökgöz, Kanal 7 Ankara Xeber Dairesi başqanı Mehmet Kıvanc, Türkiye Ülkü Ocakları Türk Dünyası Dairesi başkanı Hasan Kumkale, Azərbaycanın Türkiyədəki səslərindən olan İsa Yaşar Tezel, doktor Cavad Heyyətin qardaşı oğlu, dossent Rıza Heyyət və güneydən olan soydaşlarımızla bir araya gələrək, bu milli davada bərabər addım atmağın zəruriliyi ilə bağlı fikir birliyi etdik”.

Anar Əsədli qeyd etdi ki, tədbirdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun başqanı Necdet Ünüvar, Türk Tarix Qurumunun sabiq sədri, professor, millət vəkili Yusif Halaçoğlu, millət vəkilləri Atilla Kaya və Nurettin Aras, Azərbaycan Xalq Şairi Sabir Rüstəmxanlı, Avrasiya Yazarlar Birliyi başqanı Yaqub Öməroğlu, Ankara Univerisitetinin professoru Abdullah Gündoğdu, “Düzce” Univerisitetinin araşdırmaçı alimi Gökmen Kılıcoğlu Azərbaycan Milli Məclisinin Şöbə müdiri İbrahim Yusifzadə, “Xəzər” Univerisitetinin Rektoru Hamlet İsaxanlı, Bakı Dövlət Univerisitetinin professoru Qulu Məhərrəmli və digər nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları çıxış edəcəklər. Paneli Türkiyənin tanınmış düşüncə adamı, Azərbaycana könüldən bağlı olan Selcuk Alkın idarə edəcəkdir.

Daha sonra QASİM başqanı vurğuladı ki, tədbirdə Xocalı Soyrımına həsr olunan yeni qısametrajlı sənədli film təqdim ediləcək, bu günə həsr olunan jurnal qonaqlara paylanacaq: “Bundan başqa biz hesab etdik ki, elm adamları ilə yanaşı bu hadisəni yaşamış şahidlər də iştirak etsin. Bu səbəbdən də, o hadisənin canlı şahidi də bu müsibətlə bağlı çıxış edəcəkdir”.

“Ankara Xocalı Soyqırımı üçün ayaqdadır”

“Ankara Xocalı Soyqırımı üçün ayaqdadır”

İnterpress.az