Rayon sakini, 40 yaşlı Almaz Əlisoltan qızı Səmədova Kür çayı üzərindəki Surra körpüsündən özünü çaya atmaq istəyib.
Hadisə yerinə gələn polis əməkdaşlarının müdaxiləsindən sonra intiharın qarşısı alınıb. Qadın Sabirabad Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin ilk tibbi yardımından sonra o, Nevroloji şöbəyə yerləşdirilib.
İntihara cəhdin səbəbləri hələlik məlum deyil. ( report.az )
İnterpress.az