Fevralın 21-də saat 12.30 radələrində Bakı-Qazax magistralının 111-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində baş verən avtoqəzada iki qadın yüngül xəsarət alıb.
KİA markalı, 99 VQ 507 dövlət nömrə nişanlı avtombil hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
Nəticədə avtomobildə olan sərnişinlər – Sumqayıt şəhər sakinləri, 1981-ci il təvəllüdlü Bağırova Səadət Nəriman qızı və 1953-cü il təvəllüdlü Həmidova Nazlıbəyim Adil qızı yüngül bədən xəsarətləri alıb.
Hər iki sərnişinə təcili yardım briqadası hadisə yerində yardım göstərib.
Araşdırma aparılır.
İnterpress.az