Müraciəti təşkilatın sədri Vüqar Abbasov və onun təşkilatdakı həmkarı Vim van Embden imzalayıblar.
V. Abbasov bildirib ki, müraciət İkinci Kamerin (Niderland parlamenti) 16 fraksiya rəhbərinə göndərilib: “Müraciətdə 1992 – ci ilin 26 fevralında Azərbaycanın Xocalı şəhərində yüzlərlə insanın erməni-rus hərbi birləşmələri tərəfindən qətl edildiyi, bir çox insanın yollarda donaraq öldüyü, Qarabağın hələ də Ermənistanın işğalında olduğu və .s. öz əksini tapıb”.
Məktubda daha sonra deyilir: \”Hər hansı bir siyasi və yaxud digər səbəblərdən bu soyqrımı görməzdən gəlməməyinizi sizdən xahiş edirik. Sizin bu soyqrımı parlamentdə anmanız gələcəkdə bu kimi cinayətlərin baş verməməsinə zəmin yarada bilər\”. ( modern.az )
İnterpress.az