Avtobus Türkiyə Respublikası ərazisindən keçməklə Batumi şəhərinə hərəkət edir. Avtobus hər həftənin şənbə günü Naxçıvan şəhərindən 7:30 yola düşür, 21:00-da Batumiyə çatır. Əks istiqamətdə hərəkət qrafiki də eynidir. İlk avtobus isə fevralın 20-də Naxçıvandan yola düşüb.
Qeyd edək ki, biletlər muxtar respublika ərazisindəki avtovağzallarda satılır. Bir nəfər üçün biletin qiyməti 27 manatdır. ( fins.az )
İnterpress.az