Bakıda sərnişin avtobusu qəza törətdi: Ölən varbackend

Bakıda sərnişin avtobusu qəza törətdi: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 21-də Bakıxanov qəsəbəsi ərazisində \”Transgeyt\” MMC-yə məxsus 10 TE 288 nömrə nişanlı sərnişin avtobusu piyadanı vurub. Nəticədə ağır xəsarət alan 33 yaşlı kişi vəfat edib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

İnterpress.az