Daşınmaz əmlak bazarında qiymətlər dəyişib – Ekspert ŞƏRH EDİRbackend

Daşınmaz əmlak bazarında qiymətlər dəyişib – Ekspert ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev məlumat verib.

O qeyd edib ki, ötən aya nisbətən bazarda alqı-satqı əməliyyatlarının sayı artıb:

“Hazırda bazar şokdan ayılır, amma buna baxmayaraq, alqı-satqı əməliyyatlarının sayı hələ də çox aşağıdır. Əgər bazar üzrə ümumi göstəricini götürsək, qiymətlər artıb. Ən çox artım isə ilkin bazarda müşahidə olunur. Bir də nəzərə alaq ki, devalvasiyadan əvvəl bəzi əmlakların qiyməti dollarla müəyyən edilib manat ekvivalentində göstərilirdi. Bu, daha çox kommersiya obyektlərinə aiddir”.

Ekspert deyib ki, indiki şəraitdə bazarda likvidlik çox aşağıdır:

“Belə şəraitdə qiymət dinamikası haqda fikir söyləmək çox çətindir . Biri var aktivlik, yəni alqı-satqı əməliyyatlarının həcmi. Hazırda bu sahədə vəziyyət yanvar ayına nisbətən yuxarıdır. Yəni, yanvarda vəziyyət daha pis idi. Amma hazırkı aktivlik bazarın yaxşı vaxtlarına nisbətən xeyli aşağıdır.

O ki qaldı qiymətlərə, bu, texniki məsələdir. Məsələn, dollarla satılan əmlakların qiyməti dollarla düşsə də, manatla artıb. Tikinti şirkətlərinin bəziləri qiymətləri artırıb. Yəni, bazar üzrə orta qiymət manat ifadəsində az da olsa yüksəlib, dollar ifadəsində əlbəttə düşüb. Həm də aktivlik ilə qiymət dinamikasının əlaqəliyi bazarın sabit vaxtlarında olur, bazarda şok hallarında bu əlaqə azalır. Satıcılar əmlakı dəyər-dəyməzinə satmı(modern)

İnterpress.az