“Yazıçılar Birliyi susmaqda davam etsə, bu qurumdan istefa verəcəm”backend

“Yazıçılar Birliyi susmaqda davam etsə, bu qurumdan istefa verəcəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ziyalılar Birliyinin sədri, məşhur kinodramaturq və yazıçı Eldəniz Quliyev şair Saday Şəkərlinin həbsi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin susqunluq sərgiləməsini tənqid edib. E.Quliyevin sözlərinə görə, Rusiyanın Yazıçılar İttifaqının belə işə qarışdığı, mövqe ortaya qoyduğu bir halda Azərbaycan Yazıçılar Birliyinin susmaqda davam etməsi anlaşılan deyil:
“S.Şəkərlinin həbsi fonunda təəssüf doğuran məsələlərdən biri Azərbaycan Yazıçılar Birliyinin nümayiş etdirdiyi susqunluqdur. Sadəcə, bu qədər müraciətlər ortada ola-ola, ən əsası da Rusiya Yazıçılar İttifaqının 50-yə yaxın dünya şöhrətli qələm sahiblərinin ölkə Prezidentinə xahişlə müraciətindən sonra, Azərbaycan Yazıçılar Birliyinin heç nə olmamış kimi susması, ən azından, qəribə görünür.
Əgər Azərbaycan Yazıçılar Birliyi bundan sonra da Sadayın haqsız həbsinə göz yumsa, mən həmin Birlikdən istefa verməli olacam. O Birlik ki, öz üzvlərini qorumağı bacarmır, istəmir, o Birlik ki, tanınmış şairin taleyinə biganəlik və aşkar sinizm nümayiş etdirir, orada qalmağın nə mənası..?”
E.Quliyevin sözlərinə görə, S.Şəkərlinin vəkilləri şairlə bağlı çıxarılan məhkəmə hökmündən apellyasiya şikayəti veriblər və bugünlərdə Apellyasiya Məhkəməsində tanınmış şairlə bağlı şikayətə baxılacaq. (moderator.az)