Ukraynada kütləvi davada azərbaycanlı öldürülübbackend

Ukraynada kütləvi davada azərbaycanlı öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Zaparojya vilayətində fevralın 21-də baş verən dava nəticəsində bir Azərbaycan vətəndaşı qətlə yetirilib, 1 nəfər isə xəstəxanaya düşüb.

Bu barədə vilayətin Milli polisində olan mənbə bildirib.

Saat 9.20-də polisə şəhərin Dzerjinski küçəsində atışma olması barədə məlumat daxil olub.

Araşdırmalar nəticəsində hadisənin Ukrayna ərazisində yaşayan qafqazlılar arasında baş verdiyi məlum olub.

Nəticədə münaqişənin 2 iştirakçısı yaralanıb. Xəstəxanaya aparılan şəxslərdən biri – 1969-cu il təvəllüdlü şəxs xəstəxanada ölüb. Həmin şəxsin azərbaycanlı olduğu müəyyən edilib.

Həlak olan şəxsin şəxsi əşyalarına baxış keçirilərkən onların arasından RQD-5 qumbarası aşkar edilib.

Hazırda Cinayət Məcəlləsinin qəsdən ağır bədən xəsarətləri yetirmə, zərərçəkmişin ölümünə səbəb olma və silah, döyüş sursatları və partlayıcı maddələrin qanunsuz istifadəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İnterpress.az