Tərtərin icra başçısının yeni əyləncəsi: ZEBRA-Zolaqli heyvanlara başçı məhəbbətibackend

Tərtərin icra başçısının yeni əyləncəsi: ZEBRA-Zolaqli heyvanlara başçı məhəbbəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtərin İcra başçısı Müstəqim Məmmədovun son dövrlər maraqlı əyləncəylə məşğul olduğu üzə çıxıb. Miq.az jam.az-a istinadən xəbər verir ki, icra başçısının həmin əyləncəsi zebralarla bağlıdır.

Belə ki, Tərtər rayonunda hazırda zebraların saxlanıldığı və artırıldığı ferma fəaliyyət göstərir. Azərbaycanda nadir olan bu təsərrüfat Müstəqim Məmmədovun sters atması üçün alternativsiz məkanına çevrilib.
İddialara görə, icra başçısı həftədə ən azı bir dəfə zebraların oynaqlaşmasını seyr etməyə gəlir.

Verilən məlumatda o da deyilir ki, Müstəqim Məmmədov zebra fermasına qədəm qoyan kimi, onu əsl xan kimi qarşılayıb, şərəfinə ov heyvanlarının ətindən hazırlanmış yeyib-içmək məclisi təşkil olunur.

Məlumatlarda qeyd olunur ki, zebra fermasının sahibi Tərtər rayonunda sakit və problemsiz fəaliyyət göstərməsi üçün bəzi addımlar da atıb. Məsələn, onun Müstəqim Məmmədovun könlünü xoş etmək üçün ona
bir neçə zebra bağışladığı da vurğulanır. Deyilənlərə görə, Tərtərin icra başçısı öz heyvanlarına xüsusi qulluğun edilməsini tapşırıb.

Miq.az xəbər verir ki, Müstəqim Məmmədov 2014-cü ilin mayında icra başçısı təyin olunandan indiyə kimi demək olar ki, hər gün işdən sonra ya anadan olduğu Yevlax şəhərinə, ya da Gəncəyə üz tutur. Başçıya yaxın adamlardan birinin dediyinə görə, o, bu addımı şəxsi təhlükəsizliyi üçün atır. Belə ki, Tərtər rayonu cəbhə bölgəsi hesab olunduğundan, Müstəqim Məmmədov gecələri rayonda qalmaqdan ehtiyatlanır.

Tərtərin icra başçısının yeni əyləncəsi: ZEBRA-Zolaqli heyvanlara başçı məhəbbəti

Maraqlıdır ki, qaynar bölgə olsa da, sakinlər doğma yurd-yuvalarını tərk etmirlər. Rayona rəhbərlik edən şəxs isə ona dövlət başçısı tərəfindən rəhbərliyi etibar edilmiş rayonda qalmağı özünə rəva bilmir.

Qeyd edək ki, 47 yaşlı Müstəqim Məmmədov 2012-2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini işləyib. O, hazırki vəzifəsinə prezident İlham Əliyevin 7 may 2014-cü il tarixli sərəncamı ilə təyin edilib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

İnterpress.az