Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında Gəncə şəhər sakini Məmmədov Şaiq Murad oğlunun idarə etdiyi “Ford Transit” markalı 20-DR-224 dövlət nömrə nişanlı avtomobilə baxış keçirib.
Yoxlama zamanı avtomobildən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 40 min ədəd siqaret aşkar edilərək götürülüb.