Interpress.az xəbər verir ki, Türkiyənin İsparta şəhərində Xocalı Soyqrımı ilə bağlı tədbirlərə qatılan T.Rüstəmxanlı bu barədə sosial şəbəkədə yazıb: “Bu gün güllər diyarı İspartada Süleyman Dəmirəl Üniversitetində baş tutan “Xocalı Soyqrımı” Konfransından öncə İspartanın bələdiyyə sədri Yusif Ziya Günaydının müəllifi olduğu “Xocalı Soyqırımı” abidəsini və parkını ziyarət etdik”. Daha sonra Türan Yazqan adına Etnoqrafiya muzeyini də ziyarət edən Rüstəmxanlılar Antaliyada fevral ayının 18-dən “Türkiyənin sahibi türk millətidir” mövzusunda baş tutan konfransda iştirak etmək üçün Türkiyədədirlər. T.Rüstəmxanlı yüksək səviyyədə keçirilən bu konfransın təşkilatçılarına, “Tarih Topluluğu və Türkce Topluluğ” qrumuna da təşəkkürünü bildirib.