Prezident İlham Əliyev və Prezident Həsən Ruhaninin iştirakı ilə 11 sənəd imzalanıb.
İmzalanan sənədlər aşağıdakılardır:
“Azərbaycan Respublikası Hökuməti və İran Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirin azaldılması sahəsində əməkdaşlıq haqqında saziş”
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında saziş”
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında saziş”
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisinin satışı haqqında çərçivə sazişi”
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dərmiryollarının əlaqələndirilməsi haqqında çərçivə sazişi”
“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə məsələləri üzrə Vitse-prezidentliyi arasında əməkdaşlıq haqqımnda anlaşma memorandumu”
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Kooporasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında anlaşma memoprandumu”
“SOCAR ilə İran Milli Neft Şirkəti arasında anlaşma memorandumu”
“SOCAR ilə Qədr İnvestisiya Şirkəti arasında anlaşma memorandumu”
Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu körpüsünün tikintisi sahəsində əməkdaşlıq haqqında razılaşma.
İnterpress.az