hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Prosesdə R.Əliyevin döyülmə anını özündə əks etdirən videogörüntülər və xəstəxanada verdiyi müsahibələr nümayiş etdirilib.
Dövlət ittihamçısı çıxış edib. Prokuror E.İsmayılov və A.Əliyevin hər birinə 14 il, C.Məmmədova 12 il, S.Məmmədov və K.Mədətovun hər birinə 11 il 6 ay həbs cəzası (ümumilikdə 63 il) istəyib.
Məhkəmənin növbəti prosesi martın 1-nə təyin olunub.
Qeyd edək ki, bu ölüm işində futbolçu Cavid Hüseynovun da adı keçir. Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb. \”Qəbələ\”nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılır. (report.az)