27 yaşlı qadın ehtiyatsızlıqdan yandıbackend

27 yaşlı qadın ehtiyatsızlıqdan yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 11:30 radələrində rayonun Baltalı kənd sakini, 1989-cu il təvəllüdlü Qəmər Şəhriyar qızı Nəsrullayeva yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, 27 yaşlı Q. Nəsrullayeva yaşadığı evdə odun sobasını yandıran zaman alov onun üzərinə sıçrayıb. Nəticədə Q. Nəsrullayev üz, boyun və qarın nayihəsinin 2-ci, 3-ü dərəcəli termiki yanıq xəsarətləri alıb. Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Q. Nəsrullayevanin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az