Bakıda müəmmalı ölümbackend

Bakıda müəmmalı ölüm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Prokurorluğundan ans press-ə verilən məlumata görə, hadisə Fətəli Xan Xoyski küçəsi 93A ünvanında Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi (keçmiş Bakı Özəl Türk Liseyinin) yaxınlığında qeydə alınıb.

Həmin ərazidən Tərtər rayon sakini, 1982-ci il təvəllüdlü Mobil Məmmədov bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Həkimlərin tibbi yardımına baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, hadisənin təfərrüatları araşdırılır.

Dünyasını dəyişən şəxsin həmin ərazidəki tikintilərdən birində işlədiyi bildirilir.

Bundan başqa fevralın 21-də Pirallahı rayonunda yaşayan Tamella Abdullayeva koma halında xəstəxanaya gətirilib və fevralın 22-də orada ölüb.

İnterpress.az